Messinin adı iştirak ərizəsindən çıxarıldı
08.10.2013 - 00:58
Messinin adı iştirak ərizəsindən çıxarıldı
Argentina millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi Peru və Uruqvay qarşılaşmasına Lionel Messi olmadan çıxacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb ulduz futbolçunun zədəli olmasıdır.

Belə ki, hazırda yığmanın heyətində olan 26 yaşlı hücumçu vəziyyəti kafi olsa da, baş məşqçi Alejandro Sabello onu riskə atmaq istəmir. Bu qarşılaşmalarda Messi ilə yanaşı, yüngül zədəsi olan Xavyer Maskerano və Qonzalo İquainin də adı iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Messi İspaniya La Liqasının VII turu çərçivəsində keçirilən "Almeriya" ilə oyunda qasıq nahiyəsindən zədələnmişdi.