Uilşir səhvini boynuna aldı: Bir daha siqaret çəkməyəcəm - FOTO
08.10.2013 - 03:21
Ötən həftə gecə klubunda siqaret çəkərkən görüntülənən "Arsenal"ın gənc futbolçusu Cek Uilşir səhvini boynuna alıb. Apasport.az xəbər verir ki, klub saytına danışan 21 yaşlı yarımmüdafiəçi bunu bir daha təkrarlamayacağını deyib:
"Bir səhv etdim. Futbolçular da bəzən səhv edirlər. Amma mən siqaret aludəçisi deyiləm. Baş məşqçimizlə də bu barədə danışmışam. Bu vəziyyət bir daha yaşanmayacaq. O siqaret sonuncu idi”.
Qeyd edək ki, bu məsələdən xəbər tutan "Arsenal"ın baş məşqçisi Arsen Venger isə belə vərdişin tamamilə əleyhinə olduğunu deyərək futbolçusunu tənqid etmişdi.

0
0