Terimin aldığı futbolçu “Qalatasaray”dan ayrılır
08.10.2013 - 06:58
Terimin aldığı futbolçu “Qalatasaray”dan ayrılır
Fatih Terimin böyük səyi nəticəsində bu yay “Qalatasaray”a gətirdiyi “Bursaspor”un gənc futbolçusu Oğulcan Çağlayan klubdan ayrılır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı hücumçu “Qaziantepspor”la 3+1 illik razılığa gəlib.

Belə ki, “sarı-qırmızılılar”ın əvəzedici heyətində çıxış edən və Terimin göstərişi və nəzarəti ilə xüsusi məşq proqramı ilə hazırlanan Oğulcan yanvarda əsas heyətə daxil olacaqdı. Amma təcrübəli mütəxəssisin klubdan göndərilməsindən sonra gənc forvardla maraqlanan olmadı və rəhbərlik onunla rəsmi müqavilə imzalamaq istəmədi.

Qeyd edək ki, Türkiyə millisinin aşağı yaş qruplarında da daimi çıxış edən və gələcəyin ən böyük futbolçularında biri olaraq göstərilən Oğulcan son iki ildə “Bursaspor”un əvəzedici heyətində 70 qola imza atıb.