“Xəzər Lənkəran”la “Neftçi” və “İnter”in fərqi - STATİSTİKA
08.10.2013 - 09:39
“Xəzər Lənkəran”la “Neftçi” və “İnter”in fərqi - STATİSTİKA
Topaz Premyer Liqasının I dövrəsinin oyunlarını 81 min 850 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, ötən 9 turun 45 oyununda orta tamaşaçı sayı 1819-a bərabər olub.

Bunun yarıdan çoxu ev oyunlarında ən çox tamaşaçı toplayan 2 klubun hesabındadır. “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Sumqayıt”ı da tamaşaçı sayında 2 dəfədən çox qabaqlayaraq, neçə illərdir lideri olduğu göstəricidə yenə öndədir. 2-ci olan “gənclik şəhəri” təmsilçisi də öz növbəsində 3-cü yerdən 2 dəfədən çox üstünlük əldə edib.
Bu mövqedə isə “Neftçi” qərarlaşıb. Ən az tamaşaçı toplayan isə “İnter”dir. Onlar “Rəvan”dan az geri qalır.

yer 
klub 
oyun
tamaşaçı sayı
orta say
1
Xəzər Lənkəran
4
30600
7650
2
Sumqayıt
4
13000
3250
3
Neftçi
5
8300
1660
4
Qəbələ
5
7300
1460
5
Qarabağ
5
6850
1370
6
AZAL
5
6200
1240
7
Bakı
4
3500
875
8
Simurq
4
1900
475
9
Rəvan
5
2350
470
10
İnter
4
1850
463
Cəmi
45
81850
1819

Çempionatın 3 ən az tamaşaçı toplayan oyunu autsayderlərin səfər matçları olub. Qəbələdə keçirilən “Simurq” – “Sumqayıt” və “Simurq” – “Rəvan” oyunlarının hərəsində 150, AZAL – “Sumqayıt” matçında isə 200 tamaşaçı qeydə alınıb.

I dövrənin ən çox tamaşaçı toplayan 4 oyununun hamısı isə Lənkəranda baş tutub. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununu 10000, “Bakı” ilə qarşılaşmasını 7100, “Simurq”la görüşünü 7000, “İnter”lə matçını isə 6500 izləyici seyr edib.

9 tur üzrə tamaşaçı sayına gəlincə isə 4-cü tur rekordla əlamətdar olub – 13 min 450. Ümumilikdə, 9 turun 5-də 10 min tamaşaçı səddi keçilib. Mövsümün antirekordu isə 7-ci tura təsadüf edib – 5 min 400.

tur
oyun
tamaşaçı sayı
orta say
1
5
8500
1700
2
5
10600
2120
3
5
11100
2220
4
5
13450
2690
5
5
6000
1200
6
5
10550
2110
7
5
5450
1090
8
5
10400
2080
9
5
5800
1160

Topaz Premyer Liqasının 10 komandası 9 turda 10 stadionda oyunlarını keçirib. “Bakcell arena”da daha çox – 8 matç baş tutub. Qəbələ şəhər stadionunda isə 7 görüş təşkil olunub. Ən çox tamaşaçı gələn arena isə Lənkəran şəhər stadionudur. Bu göstəricidə 2-ci Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur.

yer
stadion
oyun
tamaşaçı
orta
1
Lənkəran şəhər stadionu
4
30600
7650
2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
4
13000
3250
3
Bakcell Arena
8
13800
1725
4
AZAL Arena
5
6200
1240
5
Qəbələ şəhər stadionu
7
7600
1086
6
Tofiq Bəhramov adına Respublika stadionu
1
1000
1000
7
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
4
3500
875
8
Şəfa
6
3450
575
9
Bayıl Arena
5
2350
470
10
Dalğa Arena
1
350
350

Müqayisə üçün ötən mövsümün ilk dövrəsində və yekununda olan tamaşaçı sayını xatırladaq. Nəticəsi ləğv olunan matç nəzərə alınmamaqla ötən çempionatın 191 qarşılaşmasını 328 min 937 tamaşaçı izləmişdi. Orta məhsuldarlığın 1722-yə bərabər olduğunu nəzərə alsaq, cari mövsüm irəliləyişin olduğu diqqət çəkir (pfl.az).