Azərbaycan Braziliyanı arxada qoydu
08.10.2013 - 10:30
Azərbaycan Braziliyanı arxada qoydu
Topaz Premyer Liqasının I dövrəsində 23 ölkə təmsilçiləri qol vurub. Apasport.az saytının məlumatına görə, arxada qalan 9 turun 45 oyununda qapılara vurulan 105 qol Azərbaycan təmsilçiləri ilə yanaşı, 22 ölkədən olan legionerlər imza atıb.

Çempionatda vurulan qolların 30-u, yəni 28,6 faizi yerli futbolçuların hesabındadır. Xarici ölkələr arasında ön pillədə isə Braziliya qərarlaşıb. “Sambaçılar” I dövrədə bütün qolların 16,2 faizini, yəni 17 qol vurub.

Yerli futbolçular cənubi amerikalıları qabaqlaması ilə öyünə bilər. Lakin bu 13 qolluq fərq bizimkilərin öz doğma çempionatlarında oynaması ilə izah olunur. Qol sayında üçüncülüyə şərik olan Gürcüstan və Xorvatiya isə Braziliyadan təxminən 3 dəfə az qol vurub.

105 qoldan birinin avtoqol olduğunu nəzərə alsaq, digər 104 topa 58 futbolçu imza atıb. Onlardan 19-u yerli futbolçulardır. Braziliyadan isə 8 qolçu öz bacarığını göstərir. Gürcüstan, Xorvatiya, Hollandiya və Serbiyanın hərəsindən 3 oyunçu Topaz Premyer Liqasında fərqlənib.

1. Azərbaycan – 30 (19 futbolçu)
2. Braziliya – 17 (8 futbolçu)
3-4. Gürcüstan - 6 (3 futbolçu)
Xorvatiya - 6 (3 futbolçu)
5-7. Hollandiya - 5 (3 futbolçu)
Serbiya - 5 (3 futbolçu)
Litva – 5 (1 futbolçu)
8. Seneqal - 4 (2 futbolçu)
9-11. ABŞ – 3 (1 futbolçu)
Özbəkistan - 3 (1 futbolçu)
Nigeriya – 3 (1 futbolçu)
12-16. Ukrayna - 2 (1 futbolçu)
Kamerun – 2 (1 futbolçu)
İsveç - 2 (1 futbolçu)
Sloveniya – 2 (1 futbolçu)
Fransa – 2 (2 futbolçu)
17-23. Makedoniya – 1 (1 futbolçu)
Albaniya – 1 (1 futbolçu)
Almaniya - 1 (1 futbolçu)
Rusiya – 1 (1 futbolçu) və 1 avtoqol (1 futbolçu)
Tacikistan – 1 (1 futbolçu)
Paraqvay - 1 (1 futbolçu)
Rumıniya - 1 (1 futbolçu)