“Xəzər Lənkəran”ın Naxçıvan variantına münasibəti…
08.10.2013 - 12:07
“Xəzər Lənkəran”ın Naxçıvan variantına münasibəti…
“Xəzər Lənkəran”ın Azərbaycan Superkubokunun tarixinin və yerinin müəyyənləşməsinə münasibəti məlum olub. Cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına açıqlamasında təmsil etdiyi komandanın 18 ildən sonra bərpa olunacaq yarışda mübarizə aparmağa hazır olduğunu bildirib.

O, Superkubokun oktyabrın 23-də Naxçıvanda keçirilməsi ilə bağlı verilən qərara mövqeyini açıqlayıb. 2012/13 mövsümündə Azərbaycan kubokunun finalında ölkə çempionu “Neftçi”yə uduzan “Xəzər Lənkəran”ın rəsmisi “Qızıl dubl” edən rəqibi udmaq iddialarını ortaya qoyub: “Xəzər Lənkəran” Azərbaycan Superkubokunda iştirak etməyə hazırdır. Biz ölkənin istənilən yerində oynamağa razıyıq. Bizim üçün fərq etməz. İstənilən yerdə oynayıb, qalib gəlməyə hazırıq”.