Kölgədəkilər
08.10.2013 - 14:00
Topaz Premyer Liqasının I dövrəsi bir sıra futbolçular üçün uğursuzluqla yadda qalıb. Apasport.az saytı Azərbaycan çempionatlarında özünü yaxşı tərəfdən göstərmiş, cari mövsümə qədər ön sıralarda olmuş, lakin indi mövqelərini itirən futbolçulardan ibarət rəmzi yığmanı müəyyənləşdirib.
Bu “komanda”da cari mövsümdə heyətə düşməkdə çətinlik çəkənlər, az oynayıb faydasız olanlar qərarlaşıb. Heyətdəki yerini indi deyil, xeyli əvvəllər itirənlər isə çoxdan “söndüyündən” bura daxil edilməyib. Siyahıya Elvin Əliyev, Elmar Baxşıyev kimi xeyli sayda futbolçu qeyd etmək olar.
Qapıçı kimi Georgi Lomayanın burada qərarlaşacağı çətin ki, kimdəsə şübhə yaratsın. Artıq neçə ildir ölkəmizdə çıxış edən təcrübəli qapıçı cari mövsüm “İnter”ə fayda vermir. Yalnız III turda, həmin vaxtda matçın gedişində meydana çıxan gürcüstanlı komandasının “1 nömrə”si adını itirib. Baş məşqçi ilə arasında münasibətlərdin soyuduğu iddia edilən qolkiperin I dövrənin baş uğursuz olması şübhəsizdir.
Müdafiənin mərkəzi isə “Neftçi”nin oyunçularının nəzarətindədir.
Son illər buradakı yerini möhkəmlədən təcrübəli İqor Mitreski artıq neçə turdur meydan üzünə həsrətdir. Tərlan Əhmədovun artıq güvənmədiyi makedoniyalı vaxtilə onunla mərkəzdə cütlük təşkil edən Elvin Yunuszadə ilə birgə ehtiyatda oturur. Dövrənin uğursuzlar yığmasında isə mərkəzdə məhz onlar qərarlaşıb. Onların hər ikisi “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra hesabdan siliniblər. Müdafiənin cinahlarında isə Radomir Todorovla Xuanfran yer alıb. “Xəzər Lənkəran”ın bolqarıstanlı legioneri artıq Con Toşak üçün tükənmiş oyunçu sayılır. İspaniyalı isə AZAL-ın heyətindəki yerini demək olar itirib.
Uğursuzlar yığmasının yarımmüdafiə xəttində “Bakı”nın üzvləri hegemonluq edir. Bu futbolçular yeni transferlərin gəlişi ilə aparıcı oyunçu adını itiriblər. Meydanın mərkəzində Xavyer Junior diqqət çəkir. Son mövsümlər sabit çıxışı ilə diqqət çəkən, indi isə lazımsız kimi görünən yarımmüdafiəçinin önündə əksər matçlarda qısa müddətə gözə görünən Elvin Məmmədov yer alıb. Yarımmüdafiənin sağında kölgəyə çəkilən Deyvidas Çesnauskisi görmək mümkündür. Digər cinahda isə artıq güclənən “Qəbələ”yə fayda vermək iqtidarında olmayan Lourival Assis top qovacaq.
Hücum cütlüyünə isə bir çox komandalar həsəd apara bilər. Hərəyə 5 matçda meydana çıxmaqlarına baxmayaraq, heç nə ilə diqqət çəkməyən Yannik Kamanan və Marius Pena dövrənin “11-ci komandası”nda “11-liy”i bəzəyir. Müvafiq olaraq “Bakı” və “Qəbələ” üçün qol ümidləri olan legionerlər artıq bu statusu itiriblər. Çünki yenilərin gəlməsi onları arxa plana keçirib.

0
0