“Neftçi”, “Xəzər Lənkəran” və Pele
08.10.2013 - 13:21
Azərbaycan futbolunda Superkubok həsrəti başa çatır. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası oktyabrın 23-də Naxçıvanda Superkubok matçı keçirməklə, 18 il 4 aydan sonra ənənəni bərpa edəcək.
Sonuncu belə oyun 1995-ci il iyunun 23-də baş tutmuşdu. Həmin vaxt “Neftçi” 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Turan”ı 10:9 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuşdu.
6697 gündən sonra sayca 4-cü Azərbaycan Superkuboku isə “Neftçi” və “Xəzər Lənkəran” arasında olacaq. İlk dəfə bu yarışda baş tutacaq “Böyük oyun” Naxçıvanda keçiriləcək. 2012/13 mövsümündə çempionat və kuboku qazanmaqla “Qızıl dubl” edən bakılılar finalda qalib gəldiyi rəqiblə üz-üzə gələcək.
Əvvəllər 2 dəfə “Neftçi”, 1 dəfə “Qarabağ”ın qazandığı mükafatın 18 ildən sonra bərpa olunma tarixi maraqlı günə təsadüf edir.
Belə ki, Superkubokumuzun dünyaya 2-ci gəlişi “Futbol kralı” Pelenin ad günü tarixinə təsadüf edir. Görəsən, braziliyalı əfsanənin ad günündə sevinən kim olacaq: “Neftçi”, yoxsa “Xəzər Lənkəran”?

0
0