Millimizi İsveçrəyə Qonzales aparır
08.10.2013 - 15:23
Millimizi İsveçrəyə Qonzales aparır
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yeni yaradılan komanda da ispaniyalı mütəxəssis Patrisiya Qonzalesə tapşırılıb.

Belə ki, yeniyetmələrdən ibarət komandanı Türkiyə toplanışına məhz U-19-un baş məşqçisi aparıb. 19 yaşadək qızlardan ibarət yığmamızın çalışdırıcısı U-15-ə də rəhbərliyi üzərinə götürüb. Qonzales yetirmələrini Yeniyetmələrin Yay Olimpiya Oyunlarının İsveçrənin Nyon şəhərində keçiriləcək seçmə mərhələsinə aparacaq.

Qeyd edək ki, Çindəki yarışa vəsiqə uğrunda mübarizədə komandamız İsrail, Rumıniya və Slovakiya ilə qüvvəsini sınayacaq.