“Azərbaycan yığmasının simasında Portuqaliyanı görmək lazımdır”
08.10.2013 - 16:23
“Açığını desək, rəqiblərimiz olan Lüksemburq və Azərbaycan yığmaları keçilməz komanda kimi görünmür. Sevindiricidir ki, indi hər şey öz əlimizdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq qapıçısı Ruslan Niqmatullin deyib.
39 yaşlı futbol veteranı DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarında Lüksemburq və Azərbaycanın qonağı olacaq həmyerlilərinin qrupdakı mövqeyini əldən verməməyə çağırıb: “Tarixdə çox belə hallar var ki, oyunumuzla özümüz özümüzə ziyan vurmuşuq. Yığmaya bu matçları uğurla, inamla və lazımi köklənmə ilə keçirməyi arzulayıram. Bu iki yığmanın simasında əsas rəqibimiz Portuqaliyanı görmək lazımdır. İnamla da qalib gəlməliyik. Yalnız bunun sayəsində dünya çempionatına vəsiqə qazana bilərik. İndi biz 1-ci yerdəyik. Braziliyaya isə cəmi 2 inamlı addımımız qalıb. Belə şansı isə buraxmaq olmaz”.
Qeyd edək ki, Niqmatullin 2000-2002-ci illərdə Rusiya yığmasının şərəfini qoruyub.

0
0