“İnter” Gürcüstanda məşqə çıxır
08.10.2013 - 16:54
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" ölkə xaricində təlim-məşq toplanışı keçirməyə qərar verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu məqsədlə bu gün səhər saatlarında Gürcüstanın paytaxtı Tiflis şəhərinə yollanan “bankirlər” "Golden Palace" otelində məskunlaşıb.
Kaxaber Sxadadzenin yetirmələri Bakı vaxtıyla saat 18.00-da məşqə çıxacaqlar.
Təmsilçimiz toplanış çərçivəsində yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Rəqib komandanın adı tezliklə məlum olacaq.
Qeyd edək ki, "İnter" oktyabrın 13-də vətənə dönəcək və növbətin turun oyununa "Şəfa" stadionunda hazırlaşacaq.

0
0