Legionerlərimizin Türkiyə kubokundakı rəqibləri bilindi
08.10.2013 - 17:28
Bu gün Türkiyə kubokunun 3-cü mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Superliqa və 1-ci dəstəni hərəyə 13, 2-ci dəstəni 19, 3-cü dəstəni 7 və həvəskarlar liqasını 2 komanda təmsil edəcək.
Beləliklə, 54 komanda arasında atılan püşkatma nəticəsində 27 cütlüyə aydınlıq gəlib. Təmsilçilərimizin oynadıqları komandaların rəqibləri bunlardır: “Fəthiyəspor” (Davud Kərimi) – “Bayrampaşa”, “Əskişəhərspor” (Ufuk Budak) – “Alanyaspor”, “İskəndərun Dəmir Çəlikspor” – “Tavşanlı Linyitspor” (Usim Nduka və Andrey Popoviç), “Sivasspor” (Cihan Özkara) – “Ankaragücü”, “Nazilli Bələdiyyəspor” – “Orduspor” (Branimir Subaşiç), “Qaziantep BB” – “Altınordu” (Timur Təməltaş), “Bandırmaspor” – “Kahramanmaraşspor” (Fərid Quliyev).
Qeyd edək, təmsilçilərimizdən yalnız Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” 2-ci mərhələdə mübarizəni dayandırıb. Bu turun oyunları isə oktyabrın 29, 30 və 31-i tarixlərində keçiriləcək.

0
0