Berezutski qardaşları millimizə qarşı oynamaya bilər
08.10.2013 - 17:58
Oktyabrın 15-də Bakıda millimizin qonağı olacaq Rusiya yığması Moskvada hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, ruslar bu gün paytaxtın Şərq küçəsində hazırlıq keçib.
Təxminən 1 saat davam edən və ilk 20 dəqiqəsi açıq olan məşqdə Moskva MOİK-inin aparıcı müdafiəçiləri Aleksey və Vasili Berezutski qardaşları kollektiv hazırlıqda iştirak etməyib. Belə ki, Aleksey ümumiyyətlə hazırlıqda görünməyib. Vasili isə zədəsi olduğundan, fərdi məşq keçməklə kifayətlənib.
Qeyd edək ki, Rusiya millisi oktyabrın 10-u səhər Lüksemburqa yollanacaq. Qonşularımız oktyabrın 11-də cırtdanlarla qarşılaşacaq. Moskvaya daha sonra qayıdan Fabio Kapellonun yetirmələri ölkəmizə ayın 14-də gələcək.

0
0