Lukaku: Mourinyoya səhv olduğunu sübut edəcəm
08.10.2013 - 23:40
“Çelsi”nin icarə əsasında digər Premyer Liqa klubu “Everton”a göndərdiyi futbolçusu Romelu Lukaku maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, hazırda Belçika millisinin düşərgəsində olan 20 yaşlı hücumçu karyerası ilə bağlı ölkəsinin mətbuatına danışıb.
Lukaku sabiq baş məşqçisi Joze Mourinyoya ona şans verməməklə səhv etdiyini sübut edəcəyini deyib: “”Çelsi”dən ayrılmaq mənim fikrim idi. İndi Mourinyoya səhv etdiyini sübut etmək də mənim işimdir. Sadəcə olaraq yaxşı oynayıb çox qol vurmaq istəyirəm. Buna nail olsam, insanlar yaxşı futbolçu olduğumu deyəcəklər. “Çelsi”nin hücumçularından daha çox qol vurmaq istəyirəm. Mövsüm sonunda kimin doğru seçim etdiyini görəcəyik”
Qeyd edək ki, Lukaku hazırda dörd oyunda 4 dəfə fərqlənməklə “Çelsi”nin forvardlarından daha çox qol vurub.

0
0