Toşak istirahətdə, futbolçular məşqdə
09.10.2013 - 00:34
Toşak istirahətdə, futbolçular məşqdə
Topaz Premyer Liqasının X turu çərçivəsində oktyabrın 19-da “Simurq” klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” ötən gün iki dəfə məşq edib.

Səhər saat 10:30-da stadionun ehtiyat meydançasında məşqə çıxan komanda saat 17:30-da bazanın fitnes zalında çalışıb. Hər iki hazırlıq prossesinə fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiore başçılıq edib.

Qeyd edək ki, hazırda İspaniyada olan baş məşqçi Con Toşak oktyabrın 13-də Lənkərana qayıdacaq.

Mənbə: 12cioyuncu.info