Qana millisi Misirə getməyə qorxur
09.10.2013 - 02:55
Qana millisi Misirə getməyə qorxur
Qana futbol Federasiyası DÇ-2014-ün pley-off mərhələsi çərçivəsində Misir yığması ilə keçirəcəkləri səfər matçının başqa ölkədə oynanması üçün FİFA-ya müraciət edib. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin ölkədəki hadisələr və qeyri-stabil vəziyyətdir.

Belə ki, qananılar oyun vaxtı Misirdə lazımı səviyyədə təhlükəsizliyi təmin ediləcəyinə şübhə ilə yanaşır. Buna görə də federasiya komandanın oraya göndərilməsinin təhlükəli olduğunu hesab edir.

Qeyd edək ki, həmin komandalar arasındakı qarşılaşmaların15 oktyabrda Qanada, 19 oktyabrda isə Misirdə keçiriləcəyi planlaşdırılıb.