“Milan” fransalı müdafiəçi və klubu ilə razılığa gəldi
09.10.2013 - 03:57
“Milan” fransalı müdafiəçi və klubu ilə razılığa gəldi
“Milan” İspaniya təmsilçis “Valensiya”nın futbolçusu Adil Rami və klubu ilə razılığa gəlib. Apasport.az saytına görə bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, italiyan klubu qış transfer pəncərəsində təcrübəli müdafiəçini heyətinə qatacaq. “Milan” 27 yaşlı futbolçunu mövsüm sonuna kimi icarəyə götürmək üçün 7 milyon avro ödəyəcək. Sözləşməyə görə klub mövsüm sonunda Ramini transfer etmək hüququna da malikdir.

Qeyd edək ki, Fransa millisinin mərakeş əsilli futbolçusu 2011-ci ildə “Lill”dən “Valensiya”ya keçib.