“Millidə oynamaq üçün PSJ-dən ayrıldım”
09.10.2013 - 04:35
“Millidə oynamaq üçün PSJ-dən ayrıldım”
“Liverpul”un futbolçusu Mamadu Sako PSJ-dən ayrılmasının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına danışan 23 yaşlı müdafiəçi yenidən millliyə çağırılmaq üçün bu addımı atdığını deyib.

O, Paris klubunda kifayət qədər hörmət görmədiyini bildirib: “Yenidən milli komandanın formasını geyə bilmək üçün PSJ-dən ayrılmaq məcburiyyətində idim. “Liverpul”da mənim oynadığın mövqedə çox səviyyəli futbolçular var. Buna görə də komandada yaxşı rəqabət var. Amma PSJ-də vəziyyət bir qədər fərqli idi. Orada özümü bir kücə tullanılmız kimi hiss edirdim. Sonda ayrılmağı seçdim”.

Qeyd edək ki, buy ay “Liverpul”a transfer olunan seneqal əsilli fransalı futbolçu 2010-cu ildən bəri yığma komandaya çağırılırmır.