Xabi Alonso qayıdır
09.10.2013 - 06:51
Xabi Alonso qayıdır
Sağ ayaq sümüyündə qırıq olan və uzun müddətdir müalicə olunan Madrid "Real"ının futbolçusu Xabi Alonsonun yaşıl meydanlara qayıdır. Apasport.az İspaniya mətbuatıa istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi sağalmaq üzrədir.

Alonsonun La Liqanın növbəti, yəni IX turundakı “Malaqa” ilə oyunda komandasına kömək edə biləcəyi deyilir.

Qeyd edək ki, ispaniyalı futbolçu 2009-cu ildə İngiltərənin “Liverpul” klubundan “Real”a transfer olunub.