“Azərbaycan yığmasını yaxşı tanımıram”
09.10.2013 - 10:43
“Hər komandanın məqsədi qələbə qazanaraq, yaxşı nəticə göstərməkdir. Bizim qrup çox güclü deyil, ancaq eyni zamanda zəif də deyil”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Bosniya və Hersoqovina yığmasının yarımmüdafiəçisi Damir Sadikoviç deyib.
“Jelyezniçar”ın futbolçusu sabah başlayacaq seçmə mərhələ oyunları haqqında fikirlərini bildirib. O, millimiz haqqında heç nə bilmədiyini söyləyib: “İsveç bizim səviyyəmizdə olan bir komandadır. İrlandiya və Azərbaycan yığmalarını isə kifayət qədər yaxşı tanımıram. Ancaq fikrimcə, biz bu komandalara qalib gələ və elit mərhələyə iddia edə bilərik. Həmişəki kimi komandada ab-hava yüksək səviyyədədir”.
Qeyd edək ki, millimiz bosniyalılarla oktyabrın 12-də qarşılaşacaq. Yığmamızın ilk oyunu isə sabah meydan sahibi İsveçə qarşı olacaq. Hər 2 görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

0
0