“Komandamızın səviyyəsi Lüksemburq və Azərbaycan millilərindən üstündür”
09.10.2013 - 13:09
“Komandamızın səviyyəsi Lüksemburq və Azərbaycan millilərindən üstündür”
“Mən uzun müddət millinin oyunçusu olmuşam. Komandanın bütün üzvləri bilirlər ki, dünya çempionatı hər gün keçirilmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının sabiq futbolçusu Stanislav Çerçesov deyib.

Hazırda Rusiya Premyer Liqasında mübarizə aparan “Amkar”ın baş məşqçisi olan Çerçesov şimal qonşularımızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunları dəyərləndirib: “Rusiya yığmasının iştirak etdiyi sonuncu mundialda olmuşam (2002). Həmin vaxtdan 11 il keçib. Komandamızın səviyyəsi Lüksemburq və Azərbaycan millilərindən üstündür. Ancaq təbii ki, heç kim bizə xal hədiyyə etməyəcək. Bu, məhz həmin andır – məşqçi heyəti və taktikanı müəyyənləşdirməli, kənara çəkilib, mane olmamalıdır. Qalanını oyunçular edəcəklər”.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq.