Toşak klub rəhbərlərini günahlandırdı: Buna şübhə etməyin
09.10.2013 - 13:17
“Qaret Beyli yaxşı tanıyıram. Bilirəm ki, onun səviyyəsi Kriştianu Ronaldo və Lionel Messidən çox uzaq deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis vətənində milli komandanı çalışdırarkən yığmaya dəvət etdiyi Qaret Beylin dünyanın ən bahalı futbolçusu olmasına münasibət bildirib.
Toşak İngiltərə “Tottenhem”indən İspaniya “Real”ına 100 milyon avroya transfer edilən həmyerlisinin qiymətinin belə yüksək olmasında klub rəhbərlərini ittiham edib: “Transfer qiymətinin 100 milyon avro olması futbolçunun günahı deyil. Bu qiyməti klub prezidentləri razılaşdırıb və onların günahıdır. Yayda Beylin bəxti gətirmədi, 2 komanda – “Tottenhem”lə “Real”ın arasında qaldı. Qaret fantastik futbolçudur. Sizi buna inandırıram. Buna şübhə də etməyin”.
Qeyd edək ki, Toşak bu ilin martından “Xəzər Lənkəran”ın baş məşqçisidir.

0
0