Qalib gəl, darmadağını unutdur!
09.10.2013 - 13:35
Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarış iştirakçıları arasında olan Azərbaycan milli komandası da meydana çıxacaq.
VIII seçmə qrupunda mübarizə aparan yığmamız Norveçdə meydan sahibləri ilə görüşəcək. Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan Bernard Lippertin yetirmələri irəliləmək üçün uduzmamalıdır. Qələbə isə yığmamızı 3-cü pilləyə daşıya bilər.
Qrupda 3-cü matçına çıxacaq komandamız 2-ci dəfə səfərdə xal qazanmağa çalışacaq. Son matçında İsraildə 2:7 hesabı ilə uduzan millimiz darmadağından sonra ilk oyununu keçirəcək. Komandamız həmin məğlubiyyəti unutdurmaq üçün qalib gəlməli, ən azı xal qazanmalıdır. Çünki oktyabrın 15-də Bakıda Portuqaliya ilə görüş ərəfəsində millidəki əhval-ruhiyyə üçün Norveçdəki qarşılaşmanın nəticəsi zəruridir.
Qeyd edək ki, qrupumuzda digər oyunda Portuqaliya İsraili qəbul edəcək.
Avro-2015-in seçmə mərhələsi
VIII qrup
10 oktyabr
20:00. NORVEÇ – AZƏRBAYCAN
Drammen. “Marienlist” stadionu

1 | İsrail | 1 | 1 | 0 | 0 | 7-2 | 3 |
2 | Portuqaliya | 1 | 1 | 0 | 0 | 5-1 | 3 |
3 | Norveç | 2 | 1 | 0 | 1 | 3-6 | 3 |
4 | Makedoniya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
5 | Azərbaycan | 2 | 0 | 1 | 1 | 2-7 | 1 |
0
0