“Kimisə Azərbaycanla oyuna kökləmək lazım olmayacaq”
09.10.2013 - 15:59
“Lüksemburq və Azərbaycanla qarşılaşmaların vacibliyini hamı yaxşı dərk edir. Bu üzdən də kimisə oyuna xüsusi kökləmək lazım olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Yuri Jirkov deyib.
Moskva “Dinamo”sunda çıxış edən təcrübəli müdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla səfərdə baş tutacaq qarşılaşmaları haqda fikirlərini açıqlayıb: “Axı ortada dünya çempionatına vəsiqə var. İndi hamı futbol oynamağı öyrənib. Hətta dünənki autsayderlər də problem yaratmaq iqtidarındadır. Lüksemburq da belə komandadır. Lakin bizə də qələbə lazımdır”.
Qeyd edək ki, Jirkov yığmada 57 oyun keçirib.

0
0