Millimizin 20-ci cəhdi
09.10.2013 - 16:05
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması tarixində 20-ci dəfə Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, 1994-cü ildə qitə arenasında debüt edən millimiz əvvəlki 19 cəhddən yalnız ikisində mərhələ adlayıb. Komandamız 2006/07 mövsümündə Arif Əsədovun, 2008/09 mövsümündə Bernard Lippertin rəhbərliyi altında bunu bacarıb.
5 ildən sonra yenidən mərhələ adlamaq iddiasında olan millimiz bu yarışda ümumilikdə 55 matç keçirib. Bunların 12-də qalib gəlib, 8-də heç-heçə edən futbolçularımız 35 dəfə uduzub. Bu matçlarda top fərqi 47-137-dir.
Yenidən Əsədova tapşırılan millimiz bu mütəxəssisin rəhbərliyi altında 10-cu matçına çıxacaq. əvvəlki 9 görüşdə 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan yığmamız 9 qol vurub və 20-ni buraxıb.

0
0