3 ay əvvəl “Xəzər Lənkəran”, indi Azərbaycan yığması
09.10.2013 - 16:18
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk oyunun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah İsveçdə İrlandiyaya qarşı keçiriləcək görüş sloveniyalı Slavko Vinçiçə tapşırılıb.
Vinçiç cəmi 3 ay əvvəl digər Azərbaycan komandası – “Xəzər Lənkəran”ın görüşündə fit çalmışdı. Sloveniyalı referi təmsilçimizin Avropa Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”si ilə Hayfadakı görüşünü idarə etmişdi.
Həmin matçda meydan sahibləri 2 cavabsız qola qalib gəlmişdi. 34 yaşlı FİFA hakimi 2010-cu ildən bu statusu daşıyır. Vinçiç UEFA-nın 2-ci kateqoriyasına daxildir.

0
0