“Azərbaycan yığmasını da məğlub etməliyik”
09.10.2013 - 16:58
“Seçmə mərhələnin son 2 oyunundakı rəqiblərimizdən heç biri ilə görüşdə xal itirm’k haqda düşünmürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Denis Qluşakov deyib.
Yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin son 2 qarşılaşması haqda fikirlərini açıqlayıb. Qluşakov bildirib ki, oktyabrın 11-də Lüksemburqu udsalar, Portuqaliya isə məğlub olsa belə formal xarakterli Bakı səfərində qələbəyə iddialı olacaqlar: “Düzdür, azərbaycanlılar bizimlə ev oyununda çətinliklər yaratmışdı. Lakin onda üstünlük bizim tərəfimizdə idi. Hər şeyin ilk oyunlarda həll olunması haqda fikirləşmirik. Azərbaycan yığmasını da məğlub etməliyik. Portuqaliyanın ilk matçda uduzub son qarşılaşmaları formallığa çevirə bilər? Bizi rəqiblər maraqlandırmır. İstənilən halda, hədəfimiz 2 oyunda 6 xal olacaq”.
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq Azərbaycan – Rusiya oyunu “Bakcell Arena”da keçiriləcək.

0
0