Əfqan Talıbov: Lehimizə olan bir sıra amillər var
09.10.2013 - 17:15
“Şimali İrlandiya və Rusiya ilə görüşlərdə uğur qazanmağımız üçün heç bir maneə görmürəm. Milli komandamıza hər cür şərait yaradılıb, nəticə üçün yaxşı mükafat verilir. Üstəlik, sonuncu matçımızda səfərdə İsraillə heç-heçə oynadıq və bu da əhval-ruhiyyəyə müsbət təsir etməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın sabiq baş məşqçisi Əfqan Talıbov deyib.
Millimiz DÇ-2014-ün seçmə mərhələsində oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sonra isə Rusiya yığmasını qəbul edəcək.
Talıbovun fikrincə, Berti Foqtsun yetirmələri hər iki görüşdə soyuqqanlı olmalıdırlar: “Şimali İrlandiya və Rusiya ilə Bakıdakı oyunlar səfərdəkilərdən fərqlənəcək. Orada bizi heç-heçə qane edirdisə, indi azarkeşlər qələbə tələb edirlər. Evdə oynayırıq, hazırda çempionat davam etdiyi üçün futbolçularımız oyun praktikasından əziyyət çəkmirlər. Bir sözlə, qalib gəlməyimiz üçün lehimizə olan bir sıra amillər var. Düzdü, irlandiyalılardan fərqli, Rusiya dünya çempionatına qatılmaq üçün mütləq qələbə qazanmalıdır. Lakin futbolçularımız heç nədən çəkinməməlidirlər. Nə rəqibin adından, nə də Rusiya və İngiltərə Premyer Liqalarında çıxış edən futbolçulardan”.

0
0