Berti Foqts da səsverməyə gəldi - FOTOSESSİYA
09.10.2013 - 17:22
Bu gün milli komandamızın üzvləri prezident seçkisində iştirak edib. Apasport.az saytının məlumatına görə, yığmanın 30 nəfərdən ibarət futbolçu, məşqçi və inzibati heyəti 36 saylı Xətai dördüncü seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə səs verib.
AFFA-nın baş katibi Elxan Məmmədov da səsini həmin məntəqədə komanda üzvləri ilə birgə verib. Milli komandanın baş məşqçisi Berti Foqts Almaniya vətəndaşı olduğundan yetirmələrinin səsvermə prosesini kənardan izləyib.
Qeyd edək ki, millinin futbolçuları – Ufuk Budak, Cihan Özkara, Əli Gökdəmir, Rüfət Dadaşov, Vladimir Levin və Bədavi Hüseynovun eyni zamanda Türkiyə, Almaniya, Ukrayna və Rusiya vətəndaşlıqları olduğundan, səsvermədə iştirak edə bilməz.

0
0