“Onun sayəsində qapazaltı olmaqdan qurtarmışıq”
09.10.2013 - 17:47
“Turan” klubunun sabiq baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi
- Adını dəyişərək “Turan-T” olan “Turan”dan ayrıldıqdan bəri nə işlə məşğulsunuz?
- Bir müddətdir məşqçi kurslarındaydım, başım buna qarışmışdı. Belədə ki, hələlik bir iş yoxdur.
- Sabiq komandanızın durumundan xəbərdarsınız?
- Bəli, ölkə futbolunu yaxından izləyirəm. “Turan-T”in baş məşqçisi Rasim Əliyev idi, indi isə Rasim Ocaqverdiyevə tapşırıblar.
- Siz niyə postunuzda qalmadınız?
- “Turan” həddindən artıq borcları, problemləri vardı. Vəziyyəti düzəltmək üçün dəyişikliyə əl atdılar, komandanın adı “Turan-T” oldu. Bunun düzgün və ya yanlış addım olduğunu zaman göstərəcək. Təbii ki, hazırda futbolda əsas olan maddi durumdu, şəraitdir. Nə deyim, mənə ehtiyac olarsa, yenidən dəvət edərlər.
- Yəqin ki, yeni formatda keçirilən Topaz Premyer Liqasını da izləyirik. Artıq I dövrə başa çatıb. Təəssüratlarınız?
- Dörddövrəli sistemdə komanda sayı az olduğundan rəqabət də böyükdür. Heç bir komanda ardıcıl 3-4 tur stabil çıxış edə bilmir. Hələlik heç bir komanda önə çıxa bilməyib. İndidən favoritlərin adlarını söyləmək olmaz. Məsələn, “Xəzər Lənkəran”la “İnter” liderlərdən 8 xal geri qalırlar, bu isə böyük fərq deyil. Üst pillələrdəki kollektivlər 2-3 tur büdrəsələr alt sıradakılar onları geridə qoyar. Növbəti 9 oyun, yəni II dövrə çempionluq üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, həmin vaxt sözünü deyə bilən komandalar may ayında medallar uğrunda döyüşəcəklər.
- Matçların keyfiyyəti necə, ürəyinizcədir?
- Bu baxımdan vəziyyət yaxşı deyil. Hələlik elə bir oyun olmayıb ki, izləyib, zövq alam. Premyer Liqada rəqabət güclüdür, bu öz yerində. Amma çempionatın “duz”u çatmır. Hansı oyuna baxırıqsa, standart şeyləri görürük. Gözəl kombinasiyalar, fərdi ustalıq sayəsində vurulan qollar və digər bu kimi məqamlara rast gəlmirik.
- İlin sonunda millimizin baş məşqçisi Berti Foqtsun müqaviləsinin müddəti başa çatır. AFFA böyük ehtimalla, onunla davam etməyəcək. Sizcə, almaniyalını əcnəbi, yoxsa yerli mütəxəssis əvəzləməlidir?
- Artıq uzun müddətdir AFFA Foqtsa güvənir, 2 tsikldi komandamızın başındadır. Onun istəklərinə uyğun hər bir şərait yaradılıb. Foqtsun sayəsində qapazaltı olmaqdan qurtulmuşuq. Artıq kimsə gəlib bizi rahatlıqla udub, gedə bilməz. Bu, sevindirici haldır. Əgər Foqtsla davam etməkdə perspektiv görürlərsə, daha iki il saxlasınlar. Lakin digər tərəfdən nəticə qazanmaq məsələsi var. Hələ heç kim yığmaya bu qədər uzun müddətə rəhbərlik etməyib. Dəyişiklik olacaqsa, millinin başına yerli mütəxəssis gətirilməlidir.

0
0