AFFA Əfqanıstan yığmasını Bakıya gətirir
09.10.2013 - 17:51
AFFA Əfqanıstan yığmasını Bakıya gətirir
Əfqanıstanın 17 yaşadək futbolçulardan ibarət milli komandası ölkəmizə gələ bilər. Apasport.az saytının AFFA-nın baş katibi Elxan Məmmədovdan aldığı məlumata görə, bu milli gələn il Bakıda IV dəfə keçiriləcək ənənəvi “Caspian Cup” turnirinə dəvə olunacaq.

Bu məsələ Məmmədovun yaxınlarda UEFA prezidenti Mişel Platini ilə birgə Əfqanıstana səfəri əsnasında müzakirə olunub. Tərəflər qərara alıb ki, gələcəkdə ölkəmizdə keçiriləcək mini turnirlərdə bu ölkənin milliləri də dəvət edilsin.

Qeyd edək ki, 2011-ci ildən etibarən keçirilən “Caspian Cup” turnirində qonşularımız - 2 dəfə Türkiyə və 1 dəfə Gürcüstan yığması qalib olub.