Maykl O’Nilin mətbuat konfransının vaxtı bəlli oldu
09.10.2013 - 18:00
Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nilin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı bəlli olub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabah saat 16:00-da qonaq çalışdırıcı sualları cavablandıracaq.
Mətbuat konfransı saat rəqib komandanın məskunlaşdığı “Hilton” otelinin zalında keçiriləcək.
Bundan başqa, Şimali İrlandiyanın açıq məşqi də olacaq. 15 dəqiqəsi mətbuat üçün açıq olan hazırlıq sabah saat 19:00-da keçiriləcək. Bu məşq oyunun keçiriləcəyi “Bakcell Arena”da baş tutacaq.
Qeyd edək ki, millinin Şimali İrlandiya ilə oyunu oktyabrın 11-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

0
0