Yığmamız 75-ci qarşılaşmasına çıxır
09.10.2013 - 19:00
Sabah Norveçlə keçiriləcək oyun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, U-21 öz tarixində 75-ci seçmə oyununa çıxacaq.
Avropa çempionatlarının seçmə mərhələlərində 1994-cü ildə debüt edən komandamız 19 ildə qatıldığı turnirlərdə 74 görüş keçirib.
Bunların 7-də qalib gələn, 13-də heç-heçə edə və 56 dəfə uduzan komandamız 37 qol vurub və 183-nü buraxıb. Nəticəsi ləğv olunan və texniki məğlubiyyətimizlə bitən 2 qarşılaşma top fərqinə salınmayıb.
Avro-2015-in sabahkı seçmə oyununda komandaya rəhbərlik edəcək almaniyalı baş məşqçi Bernard Lippert isə artıq 22-ci dəfə millimizi sınağa çıxaracaq. Əvvəlki 21 görüşdə 3 qələbə və 5 heç-heçəsi olan futbolçularımız 13 dəfə uduzub. Təmsilçilərimizin vurduğu 18 qola rəqibləri 48-i ilə cavab verib.

0
0