“Mançester Yunayted”in yeni transferi əməliyyat olunacaq
09.10.2013 - 20:36
“Mançester Yunayted”in yeni transferi əməliyyat olunacaq
“Mançester Yunayted” bu yay “Everton”dan transfer etdiyi Maruan Fellaini ilə bağlı məyusedici xəbərlə üzləşib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq.

Belə ki, Premyer Liqanın VII turundakı “Sanderlend”lə oyundan sonra tibbi yoxlanışdan keçən belçikalı futbolçunun ayaq biləyində zədə aşkarlanıb. Komanda həkimlərinin açıqlamasına görə, Fellaini ən gec dekabr, ya da yanvar ayında cərrahiyə əməliyyatı olunacaq. Onun əməliyyatdan sonra bir aya yağın yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Qeyd edək ki, “Mançester Yunayted” Fellaini 32.5 milyon avro qarşılığında “Everton”dan heyətinə qatıb.