Bentu Türkiyə Superliqasından şikayətləndi
09.10.2013 - 20:58
Futbol üzrə Portuqaliya yığma komandasının baş məşqçisi Pulu Bentu maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İsrail və Lüksemburq milliləri ilə keçirəcəkləri oyun öncəsi ölkəsinin mətbuatına açıqlama verən 44 yaşlı mütəxəssis Türkiyə çempionatından şikayətlənib.
Portuqaliyalı çalışdırıcı Superliqada çıxış edən futbolçularından lazımi qədər faydalana bilmədiklərini deyib. Bentu bu ölkədə çıxış edən milli üzvlərinin tez-tez zədələndiyini bildirib. O, “Fənərbaxça”lı futbolçulardan Bruno Alvesin zədəli olduğunu, Raul Meyreleşin isə komanda həkimləri tərəfindən qarşıdakı oyunlardan heç olmasa birinə kimi, tam hazır hala gətirilməyə çalışıldığını deyib. Bento “Beşiktaş”da çıxış edən Manuel Fernandes və Hüqo Almeydadan da indiyə kimi, kifayət qədər faydalana bilmədiklərini açıqlayıb.

0
0