“İnter” Gürcüstandakı hazırlıqlarını davam etdirir - FOTOSESSİYA
09.10.2013 - 22:39
Məlumat verdiyimiz kimi, “İnter” Gürcüstanın Tbilisi şəhərində təlim-toplanışı keçirir. Apasport.az klub saytına istinadən xəbər verir ki, hazırlıq planına əsasən, bu gün iki məşq baş tutub.
Səhər məşqi “Olimpik” UŞGF-nin meydançasında keçirilib. Qaçış və isinmə hərəkətlər ilə məşqə başlayan futbolçular sonra “stansiya” adlanan fiziki hərəkətləri yerinə yetiriblər. Bu tapşırıq məşğələlər və qapıya zərbələr seriyasını əhatə edir.
Axşam məşqi “Lokomotiv” FK-nın təlim-məşq bazasında baş tutub. Bu məşğələdə topla çalışdılar futbolçular sonra iki komandaya ayrılaraq ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, sabah da iki məşqin keçirilməsi planlaşdırılır.

0
0