Dieqo Kosta: Tanrı “Beşiktaş”a keçməyimi istəmədi
10.10.2013 - 00:32
Madrid “Atletiko”sunun futbolçusu Dieqo Kosta karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan 25 yaşlı hücumçu Türkiyənin “Beşiktaş” klubuna transfer olmamağının səbəbini açıqlayıb.
Kosta 2012-ci ildə “Rayo Vallekano”da icarə əsasında forma geyərkən İstanbul təmsilçisinə keçmək üçün rəhbərliklə görüşdüyünü bildirib: “Beşiktaş”a keçmək üçün rəhbərliyimizlə görüşdüm və onlar mənə razılıq verdi. Amma zədələnməyim bu transferin reallaşmasına imkan vermədi. Sağaldıqdan sonra baş məşqçimizə müraciət edərək komandada qalıb-qalmayacağımla bağlı onun fikrini öyrəndim. O da mənə ehtiyacı olduğunu dedi. Bu görüşdən sonra “Atletiko”da qaldım. Tanrı mənim “Beşiktaş”a keçməyimi istəmədi”.
Qeyd edək ki, Dieqo 2007-ci ildə Portuqaliyanın “Braqa” klubundan “Atletiko”ya transfer olunub.

0
0