Sabiq “Fənərbaxça”lı artıq həvəskar liqada çıxış edəcək
10.10.2013 - 01:52
Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Ali Bilgin karyerasını Almaniyada davam etdirəcək.. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ölkənin həvəskar liqasında çıxış edən “Lotte” klubu ilə anlaşıb.
Mətbuata açıqlama verən Bilgin bu komandaya uğurlar qazandıracağını deyib.
Qeyd edək ki, Almaniyada doğulan və 2006-cı ildə 2 dəfə Türkiyə millisində çıxış edən Ali “Antalyaspor” (2006-2007), “Fənərbaxça” (2007-2010), “Kayserispor” (2010-2011), “Kasımpaşa” (2011-2013) kimi klubların şərəfini qoruyub. O, cari il İzmir təmsilçisi “Göztəpə” ilə anlaşsa da qısa müddət sonra klubdan göndərilib.

0
0