Arda Turan: Əgər “Qalatasaray”ı satsaydım...
10.10.2013 - 02:54
Türkiyə millisinin və “Atletiko”nun ulduz futbolçusu Arda Turan karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkə mətbuatına danışan 26 yaşlı yarımmüdafiəçi “Qalatasaray”dan ayrıldığına görə, Fatih Terimlə aralarında inciklik olduğu ilə bağlı xəbərlərin cəfəngiyat olduğunu deyib:
“Əgər mən “Qalatasaray”ı satıb getmiş olsam, məni yenidən kluba transfer etmək istəyərlərdimi? Fatih Terim mənim üzümə baxardımı? Düşüncə fərqliliklərimiz ola bilər. Ancaq baş məşqçimiz Terimlə aramızda heç vaxt inciklik olmadı. “Qalatasaray”lı azarkeşlərin hamısının məni sevməsini istədim, amma elə bir şey mümkün deyilmiş. Çünki Fatih Terimi belə sevməyən insanlar var”.
Qeyd edək ki, 2011-ci ildə “Qalatasaray”dan İspaniya təmsilçisi “Atletiko”ya transfer olunan Arda Turanın klubu ilə 2017-ci ilə qədər müqaviləsi vardı.

0
0