“Fənərbaxça”nın ala bilmədiyi futbolçu “Barselona” yolunda
10.10.2013 - 05:27
“Fənərbaxça”nın ala bilmədiyi futbolçu “Barselona” yolunda
"Benfika"nın futbolçusu Oskar Kardoso karyerasını “Barselona”da davam etdirə bilər. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 30 yaşlı hücumçunu qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.

Belə ki, “Barselona”nın baş məşqçisi Xerardo Martino bu yay “Fənərbaxça”nın da transfer hədəfində olan paraqvaylı futbolçunu komandasına gətirməkdə ciddidir. Kardosonu Lionel Messinin alternativi kimi heyətdə saxlamaq istəyir.

Qeyd edək ki, “Fənərbaxça” artıq anlaşmaq üzrə olduğu forvarddan son andan imtina edərək “Spartak”dan Emmanuel Emenikeni transfer etdi.