Eto’O qərarından döndü
10.10.2013 - 06:40
Kamerun yığmasının və “Çelsi”nin ulduz futbolçusu Samuel Eto’O maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına danışan 32 yaşlı hücumçu yenidən milliyə qayıdacağını bildirib.
Belə ki, ötən ay yığmadakı karyerasını başa vurduğunu deyən təcrübəli forvard qərarından dönüb: “Bir çox problem yaşaya birərsiniz, amma həmişə vəzifənizi yerinə yetirməlisiniz. Hazırkı vəzifəm də, Tunisdə olan komanda yoldaşlarıma qoşulub oradan yaxşı nəticə ilə qayıtmaqdır”.
Qeyd edək ki, Kamerun millisi 13-17 oktyabrda tarixlərində DÇ-2014-ün pley-off mərhələsi çərçivəsində Tunislə qarşılaşacaq.

0
0