Dünya çempionatının püşkü atıldı
10.10.2013 - 08:10
Dünya çempionatının püşkü atıldı
Klublararası dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarışı qəbul edəcək Mərakeşdə təşkil olunan tədbirdə planetin ən güclüləri mundialdakı potensial rəqiblərini tanıyıb.

Çünki püşk zamanı əksər konfederasiyalardan yarışa vəsiqə qazanan klub məlum olmayıb. Belə ki, Asiya və Afrikada ən güclülər hələlik müəyyənləşməyib. Məhz bu 2 konfederasiyanın qalibi arasında cütdə üstün olan tərəf yarımfinalda Almaniya “Bavariya”sı ilə qarşılaşacaq.

İlk dəfə Afrikada təşkil olunacaq çempionat dekabrın 11-dən 21-dək keçiriləcək. Mərakeşdə baş tutacaq yarışda qolun avtomatik qeydə alınması sistemindən bir daha istifadə olunacaq.

İlkin mərhələ
“Raca Kasablanka” (Mərakeş) – "Oklend Siti" (Yeni Zelandiya)

1/4 final
Asiya Çempionlar Liqasının qalibi – Afrika Çempionlar Liqasının qalibi
İlkin mərhələnin qalibi – “Monterrey” (Meksika)


1/2 final
1-ci 1/4 final cütünün qalibi – “Bavariya” (Almaniya)
2-ci 1/4 final cütünün qalibi – “Atletiko Mineyro” (Braziliya)


Final
Yarımfinalın qalibləri