“Bizim üçün böyük sürpriz oldu”
10.10.2013 - 09:00
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Qarşıda milli komandanı Şimali İrlandiya və Rusiya ilə oyunlar gözləyir. Bu görüşlərlə bağlı düşüncələriniz necədir?
- Bilirsiniz ki, Şimali İrlandiya millisi Bakıya gəlib və artıq məşqlərə də başlayıb. Komandamızda ab-hava yaxşıdır. Oktyabrın 11-də biz gözəl oyun izləyəcəyik. Yığmamız həmin matçda uğurlu nəticə üçün əlindən gələni edəcək. Bizi sadəcə, bir amil narahat edir ki, bu da Şimali İrlandiya ilə oyuna azarkeşlərin aktivliyinin çox aşağı olmasıdır. Ümid edirəm ki, meydanda “12-ci oyunçu” olacaq və futbolçular onları görəndə daha da inamlı çıxış edəcəklər. Son 48 saatda azarkeşlərimizin Şimali İrlandiya ilə matçın biletlərini alacağına ümid edirəm. Rusiya ilə oyunda isə vəziyyət əksinədir. Bu qarşılaşmaya maraq qat-qat çoxdur. Ancaq bu da özlüyündə təəssüfləndirici bir məqamdır. Çünki burdan belə məntiq çıxır ki, azarkeşlər yığmamızı dəstəkləməyə yox, rusların oyununa baxmağa gəlir.
- UEFA prezidenti Mişel Platini Bakıda olduqdan sonra onunla birgə Əfqanıstanda işgüzar səfər oldunuz. Bu səfərin məqsədi nə idi?
- Bizim Əfqanıstan Futbol Federasiyası ilə çoxdandır ki, tanışlığımız var. Orda sözügedən federasiya rəhbərliyi ilə bəzi əməkdaşlıq məsələlərində müzakirələr apardıq. Son illərdəki siyasi durumunu nəzərə alaraq, Əfqanıstanın dəstəyə ehtiyacı var. Təbii ki, bir ölkə, assosiasiya olaraq sosial məsuliyyət daşıyırıq və onlara kömək göstərməliyik.
- Bu gün U-19 İsveçdə İrlandiya, U-21 isə Norveçdə yerli yığma ilə seçmə görüş keçirəcək. Bu haqda nə deyə bilərsiniz?
- İlk növbədə U-19-a çox böyük ümidlərimiz var. Təbii ki, İrlandiya, İsveç, Bosniya və Hersoqovina kimi yığmaların yer aldığı qrup çətindir. Ancaq inanıram ki, U-19 azarkeşlərimizi sevindirəcək və növbəti mərhələyə vəsiqə qazanacaq.
- U-17 (oğlanlar) və U-19 (qızlar) elit mərhələyə vəsiqə qazana bilmədi. Onların baş məşqçiləri haqqında hansı qərar veriləcək?
- U-17 bizi məyus etdi. Çünki biz bu komandaya böyük ümidlə yanaşırdıq. Ancaq bu futbolçular UEFA-nın rəsmi oyunlarında ilk dəfə iştirak edirdi. Növbəti illərdə daha uğurlu nəticələr qazana biləcəklərinə inanıram. U-19-un qız futbolçularına isə çox təşəkkür edirik. Azərbaycanda qadın futbolu son 3 ildə bərpa olub. Onu yenidən qaldırmağa başlamışıq. Buna baxmayaraq, komanda yer aldığı qrupda 3 xal qazanmağı bacardı. Son oyunda İsrail millisini 5:0 yendi və qrup sonuncusu olmadı. Bu da bizi çox sevindirir.
- Yəqin ki, bu 2 yığmanın baş məşqçiləri haqqında qərarlar 2014-cü ilin əvvəllərində keçiriləcək İcraiyyə Komitəsinin iclasında veriləcək...
- U-19-la bağlı qərar verilməyəcək. Çünki Patrisiya Qonzaleslə ilin əvvəllərində 2 illik müqavilə bağlamışıq. Üstəlik, AFFA rəhbərliyi onun işindən çox razıdır. U-17-nin baş məşqçisi Nikolay Adamın da 2 illik müqaviləsi var. Bildiyiniz kimi, biz aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçilərinə 2 seçmə mərhələ üçün vaxt veririk. Bu onun 1-ci ili idi. Təbii ki, onunla görüşümüz oldu və hesabat tələb olundu. Müvafiq qaydada hesabat noyabrın sonunda təqdim olunacaq və AFFA rəhbərliyi də bununla bağlı müvafiq qərar qəbul edəcək.
- İsraildə belə bir açıqlama vermişdiniz ki, alman məşqçilərlə müqavilə bağlanılmayıb. Onlar yığmada olduqları günə uyğun olaraq maaş alır...
- Yox, orda söhbət əsas yığmanın köməkçi məşqçilərindən gedirdi. Hansı ki, onlar Azərbaycanda yaşamır. Nikolay Adam isə müqavilə şərtlərinə uyğun olaraq bizim ölkədə qalır. O, ilin 330 gününü ölkəmizdə olur. Ona görə də İsraildə dediklərim Adama şamil olunmamalıdır.
- U-15 qızlar yığmasının 3 ay əvvəl yaradıldığını və seçmə mərhələdə mübarizə aparacağını yeni öyrənmişik. Bu yığma necə oldu yaradıldı?
- Bizim üçün də yenilikdir. Bu, Azərbaycan idmanı üçün böyük bir şansdır. Çünki ola bilər ki, ilk dəfə ölkəmiz Yeniyetmələr üzrə Olimpiya Oyunlarında komanda şəklində təmsil olunsun. Maraqlıdır ki, seçmə mərhələdə yenə İsrail yığması ilə düşmüşük. Bu, son 1 ildə bu milli ilə əsas yığma, U-21 və U-19 (qızlar) səviyyəsində artıq 3 dəfə üz-üzə gəlmişik. Digər rəqiblərimiz isə Rumıniya və Slovakiyadır. Bu da bizim üçün böyük bir sürpriz oldu. Əsas odur ki, komanda Olimpiya oyunlarında iştirak edə biləcəyini anlayır və bu şanslarını əldən verməyəcəklər.
- Patrisiya Qonzales bu komandada müvəqqəti baş məşqçidir?
- Bəli. Ancaq ola bilsin ki, gələcəkdə bu komandanın yeni baş məşqçisi olsun.

0
0