Yığmamız İrlandiyaya məğlub oldu - YENİLƏNİB
10.10.2013 - 17:53
Yığmamız İrlandiyaya məğlub oldu - YENİLƏNİB
Bu gün 19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun rəhbərlik etdiyi komanda qrupdakı ilk matçında İrlandiya ilə qarşılaşıb.

İsveçdə keçirilən III seçmə qrupda çıxış edən millimiz bu oyunu Engelholm şəhərində keçirib. Bu matç qrupda açılış oyunu olub. Bakı vaxtı ilə saat 17:00-da başlayan qarşılaşmada yığmamız ilk oyunundaca növbəti mərhələyə vəsiqə üçün ümid verməyib. 0:2 hesabı ilə uduzan komandamızda “Zenit”in əvəzedici komandasının üzvü Elvin Bədəlov birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, yığmamızın qrupundakı digər matçda Bosniya və Hersoqovina ilə İsveç üz-üzə gələcək. Bu görüş isə bizim vaxtla saat 21:00-da start götürəcək.

Avro-2014-ün seçmə mərhələsi
III qrup, I tur
10 oktyabr

İrlandiya – Azərbaycan - 2:0
QOLLAR: O’Sallivan, 34; O’Hanlon, 83
Vərəqələr: Camalov, 2; Ş. Məmmədov, 53; Nağıyev, 63; Nəsirli, 73; Nəsirov, 90+3 – Qrimz, 76
QIRMIZI VƏRƏQƏ: Elvin Bədələov, 36
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Engelholm. “Engelholms” stadionu

İrlandiya: 1. Erik Qrimz, 2. Noi Baba, 3. Bobbi Mouzli, 4. Kayl Makfadden, 6. Alan Broun, 12. Şon Lonq (k), 7. Din O’Halloran (10. Lyam Kelli, 75), 8. Tomas Malroni, 9. Alan O’Sallivan, 10. Aleks O’Hanlon, 14. Adam Uiksted (17. Stiven Makkarti, 18)
Ehtiyat oyunçular: 16. Şeyn Faqan, 5. Rayan Oreylli, 13. Kevin Toner, 15. Kolm Krou, 18. Sem O’Konnor
Baş məşqçi: Pol Dulin

Azərbaycan: 1. Mustafa Yaman, 3. Şirməhəmməd Məmmədov, 4. Sadiq Quliyev, 5. Elvin Bədəlov, 7. Namiq Ələskərov, 8. Elvin Camalov, 9. Coşqun Diniyev (16. Elnur Mustafazadə, 57), 11. Ruslan Nəsirli, 14. Adil Nağıyev, 17. Şamil Camaləddinov (10. Orxan Əliyev, 76), 18. Samir Məsimov (Budaq Nəsirov, 42)
Ehtiyat oyunçular: 12. Ziyadxan Məmmədov, 19. Bilal Abbaszadə, 6. Kamran Abdullazadə, 20. Fəhmin Muradbəyli
Baş məşqçi: Arif Əsədov