Əliyev sentyabrın futbolçusu seçildi
10.10.2013 - 13:09
Rusiya çempionatının II divizionunun sentyabr ayı üçün ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçilər arasında keçirilən səsverməyə əsasən hər zonada 1 futbolçu fərqləndirilib.
“Peşəkar Futbol Liqası - II divizion”un keçirdiyi sorğunun qalibləri arasında azərbaycanlı futbolçu da yer alıb. Belə ki, Şərq zonasında ayın futbolçusu adına Azər Əliyev layiq görülüb.
Krasnoyarsk “Yenisey”inin “Saxalin”ə icarəyə verdiyi oyunçu yeni komandasında 7 oyuna 6 qol vurmaqla diqqət çəkib. 19 yaşlı futbolçunun yarımmüdafiəçi olduğunu nəzərə alsaq, onun məhsuldarlığı Azərbaycan yığmalarına, U-21-ə də faydalı ola bilər.

0
0