“İnter”in Gürcüstandakı rəqibləri bilindi
10.10.2013 - 14:12
Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “İnter” 1 yox, 2 yoxlama oyununda qüvvəsini sınamalı olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” sabah “Spartak” (Sxinvali) ilə qüvvəsini sınayacaq.
Tiflisdə sonuncu yoxlama oyunu isə Rustavi “Metallurq” ilə baş tutacaq. Bu görüş oktyabrın 12-də keçiriləcək. Məhz bu oyundan sonra “İnter” Gürcüstan hazırlıqlarını tamamlayaraq vətənə dönəcək.
Qeyd edək ki, Gürcüstanın elita klubları ilə yoxlama görüşləri zamanı fərqli heyətlərə şans verilməsi nəzərdə tutulub.

0
0