Rusiya gücünü Azərbaycanla oyuna saxlayacaq
10.10.2013 - 14:52
Rusiya gücünü Azərbaycanla oyuna saxlayacaq
“Düşünürəm ki, Rusiya yığması Lüksemburqu 4:0 hesabı ilə məğlub edəcək. Bu komandadan qorxmağa dəyməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı mütəxəssis Aleksandr Tarxanov deyib.

Təcrübəli çalışdırıcı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Lüksemburqla qarşılaşacaq həmyerlilərinə məsləhətlərini verib. Tarxanov oktyabrın 15-də Bakıda Azərbaycanla keçiriləcək oyunu əsas gətirərək futbolçuları güclərinə qənaət etməyə çağırıb: “Onsuz da bu rəqibdən güclü olduğumuz hamıya aydındır. Bu matçda futbolçularımıza sadəcə yaxşı oyun göstərmək yetər. Onlar çalışmalıdır ki, Lüksemburqda daha az qüvvə sərf etsinlər. Çünki oktyabrın 15-də bizi Azərbaycanla qarşılaşma gözləyir”.