Stiven Deyvis: Azərbaycanlı futbolçu tanımıran
10.10.2013 - 15:31
Şimali İrlandiya yığmasının futbolçusu Stiven Deyvis 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sabah millimizlə keçiriləcək oyun haqda fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rəqib komandanın kapitanı millimizin üzvlərini tanımadığını bildirib: “Azərbaycanla bir dəfə qarşılaşmışıq. Kifayət qədər yaxşı komanda olduğunu bilirəm. Ancaq hazırda kimisə fərqləndirə bilmərəm. Çünki bir oyunla hansısa futbolçunun adını çəkmək çətindir”.
0
0