Lui van Qal: Türkiyə yığmasının qrupdan çıxmaq şansı yoxdur
10.10.2013 - 16:00
“Türkiyənin Rumıniyanı qabaqlayaraq, bu qrupdan çıxmaq şansı yoxdur. Çünki onları çox çətin matçlar gözləyir. Səfərdə Estoniya, ardından bizimlə oynayacaqlar. Biz həm macarları, həm də türkləri məğlub edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya millisinin baş məşqçisi Lui van Qal deyib.
Təcrübəli çalışdırıcı sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Macarıstan millisi ilə oyun ərəfəsində təşkil olunan mətbuat konfransında D qrupundakı vəziyyəti dəyərləndirib.
Van Qal bildirib ki, artıq mundiala vəsiqəni təmin edən komandası səfərdə Türkiyə yığmasını məğlub edəcək. Onun fikrincə, səfərdə Andorra, evdə Estoniya ilə üz-üzə gələcək Rumıniya ilə müqayisədə “ay-ulduzlular”ın dünya çempionatına yollanmaq şansı yox səviyyəsindədir: “Türkiyə millisinin seçmə mərhələdə göstərdiyi nəticələr məni məyus etdi. Yaxşı heyətləri var, lakin oynanan matçlardan sonra vəziyyətləri çox ağırdır. Onlardan öncə “Amsterdam Arena”da Macarıstanı qonaq edəcəyik. Bu rəqibi rahat məğlub edəcəyimizi düşünürəm. Türkiyədə isə çox ağır bir səfər qarşılaşmasına çıxacağıq. “Şükrü Saracoğlu”ndakı atmosferə yaxşı bələdəm. Əslində, bu cür ab-hava mənim komandamı da əla motivasiya edir. Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Hər iki matçdan da qalibiyyətlə ayrılacağımıza əminəm”.
Qeyd edək ki, D qrupunda Hollandiya millisi 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib. Hesabında 14 xal olan Macarıstan 2-ci, Türkiyə ilə Rumıniya isə 13 xalla müvafiq olaraq, 3 və 4-cü sıradadırlar.

0
0