Superkubokda “Xəzər Lənkəran” ev sahibi olacaq
10.10.2013 - 16:27
Superkubokda “Xəzər Lənkəran” ev sahibi olacaq
Azərbaycan Superkubokunun nominal ev sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən cənub təmsilçisi nominal ev sahibi olacaq.

Qeyd edək ki, 18 illik fasilədən sonra bərpa edilən Azərbaycan Superkuboku 23 oktyabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçiriləcək.